CPC neft nasos stansiyası PUA hücumuna məruz qaldı
Fevralın 17-də Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Kubanda yerləşən “Kropotkinskaya” neft nasos stansiyasına pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücum edilib, stansiya istismardan çıxarılıb.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Hazırda CPC sistemi vasitəsilə neftin vurulması azaldılmış rejimlərdə aparılır.
Stansiyanın şəxsi heyəti arasında itki olmayıb, konsorsiumun işçiləri neft sızması təhlükəsinin qarşısını ala biliblər.
"Baş direktor Nikolay Qorbanın rəhbərlik etdiyi idarə heyəti zərərin qiymətləndirilməsi və stansiyanın fəaliyyətinin bərpasına lazım olan vaxtın müəyyən edilməsi üçün əraziyə gedib. Hazırda Kropotkinskaya AES-i istismardan çıxarıb. Neft AES-dən yan keçməklə, aşağı nasos sürəti ilə Tengiz-Novorossiysk boru kəməri sistemi ilə nəql edilir" deyə bildirilib.
Şirkətin bütün beynəlxalq səhmdarları, o cümlədən ABŞ və Avropadan olanlar stansiyaya hücumla bağlı xəbərdar edilib.
Töhfə Səməd
tag: CPC,Xəzər Boru Kəməri ,Kropotkinskaya,PUA,todaypress.az,