"Crew Dragon" gəmisi Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşdı

Dünya

16.03.2025 09:45

2894

Amerikanın "Crew Dragon" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) yanaşıb.

TodayPress xəbər verir ki, kosmik gəminin görüntüləri ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında yayımlanıb.

Yerləşdirmə ABŞ-ın Şərq Sahil vaxtı ilə 00:04-də (Bakı vaxtı ilə 08:04) baş tutub. Beləliklə, ABŞ Kosmik Qüvvələrinin Kanaveral burnunda (Florida) bazasının buraxılış meydançasından orbital stansiyaya qədər olan səyahət ekipajı təxminən 28 saat çəkib.

Qeyd edək ki, martın ortalarında "Roskosmos" kosmonavtı Aleksandr Qorbunov və amerikalı astronavtlar Nik Heyq, Barri Uilmor və Sunita Uilyamsın BKS-i "Crew Dragon" ilə tərk edəcəyi gözlənilir.

Töhfə Səməd

tag: Amerika,Crew Dragon,Beynəlxalq Kosmik Stansiya,NASA,Roskosmos,