"Crocus" terrorunun təşkilatçısı həbs edildi
ABŞ-də "Crocus"da
terror aktının təşkilatçısı həbs edilib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında
deyilir. Bildirilir ki, İŞİD-Xorasan terror təşkilatının üzvü, “Cəfər”
kimi tanınan Məhəmməd Şərifullah həbs edilib.
Martın 2-də o,
bir sıra terror aktları - 2021-ci ildə Əfqanıstanın Kabil hava limanında baş
verən partlayış və ötən il Moskva vilayətində "Crocus City Hall"a
silahlı hücum - hazırlamaqda ittiham olunub.
Şərifullah
dindirmə zamanı etiraf edib ki, o, İŞİD-Xorasan adından "Crocus"da
terror aktı hazırlayan silahlılara təlim keçib. O, Rusiyada həbs edilən terror
aktını törədənlərdən ikisini tanıdığını, onlara pulemyot və digər silahlardan
necə istifadə edilməsi barədə göstərişlər verdiyini deyib.
tag: Crocus, Terror, Rusiya, ABŞ, Həbs, todaypress.az,