Dağıstanda terror aktının qarşısı alındı

Dünya

02.05.2025 11:07

79

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və ölkənin Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat nəticəsində Dağıstanda hüquq-mühafizə orqanlarına qarşı terror aktının qarşısı alınıb.

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Xasavyurt rayonu ərazisində keçirilən tədbir zamanı Rusiya vətəndaşı olan, 1996-cı il təvəllüdlü qadın saxlanılıb.

O, Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarıdır və Xasavyurt şəhərində hüquq-mühafizə orqanlarına məxsus inzibati binanın yaxınlığında əldəqayırma partlayıcı qurğu vasitəsilə terror aktı törətməyi planlaşdırıb.

Saxlanılan şəxsin üzərindən partlayıcı qurğunun hazırlanması üçün komponentlər aşkarlanaraq götürülüb. Həmçinin, onun “Telegram” messencerindəki yazışmalarında terror təşkilatının üzvü ilə danışıqlarına və terror qrupuna sədaqət andına rast gəlinib.

Faktla bağlı araşdırma aparılır. Təhlükəsizlik orqanları hadisəni terrorizmlə mübarizədə mühüm uğur kimi qiymətləndiriblər.

Töhfə Səməd

tag: FTX,Rusiya ,Dağıstan,Terror,todaypress.az,