Dağıstanda terrorçular məhv edildi

Dünya

05.03.2025 13:34

1779

Dağıstanda Kaspiyskdə regional polis idarəsinin obyektində terror aktı törətməyi planlaşdıran silahlılar məhv edilib, cinayət işi açılıb.   

TodayPress xəbər verir ki, bu barədə "Lenta.ru"ya Rusiya İstintaq Komitəsi məlumat verib. 

İş hazırda Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırılır.   

İdarənin məlumatına görə, martın 5-də polis əməkdaşları sənədləri yoxlamaq üçün avtomobili saxlamağa cəhd edib, lakin sürücü bu tələbə məhəl qoymayaraq qaçmağa çalışıb və sərnişinlərə atəş açıb.

Terrorçular cavab atəşi ilə yerindəcə məhv edilib. Polis əməkdaşları və mülki şəxslər arasında xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Töhfə Səməd

tag: Dağıstan,Terror,Zərərsizləşdirilmə,Əməliyyat,Todaypress.az,