Dağıstanda zəlzələ baş verdi
Dağıstanda 4,3 bal gücündə zəlzələ olub.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Respublika üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Yeraltı təkanlar Kızılyurt rayonundakı İnçxa kəndi yaxınlığında, yerin 10 kilometr dərinliyində baş verib. Zəlzələ yer səthində hiss olunmayıb, xəsarət alan və dağıntı olmayıb.
Türkan İsgəndərli
tag: Dağıstan,Zəlzələ,Rusiya,Dağıntı,todaypress.az,