Dağıstanın rəhbəri Mahaçqalada baş verən atışma ilə bağlı müraciət etdi
Dağıstanın rəhbəri Sergey Melikov Mahaçqala sakinləri və qonaqlardan atışma ilə bağlı məlumatları yaymamağı xahiş edib.
TodayPress xəbər verir ki, o, bu barədə özünün “Telegram” kanalında yazıb.
“Mahaçqalalılardan və paytaxt qonaqlarından sakit olmağı və əsas təhlükəsizlik tədbirlərinə əməl etməyi xahiş edirəm. Bundan əlavə, sizdən foto və videoları çəkməməyi və ya internetdə yerləşdirməməyi və yalnız təsdiqlənmiş məlumatlara etibar etməyinizi xahiş edirəm" Melikov müraciətində yazıb.
Qeyd edək ki, Dağıstan Respublikasının paytaxtında atışmanın baş verib.
Atışma nəticəsində 3 polis əməkdaşı həlak olub.
tag: Mahaçqala,Atışma,Terror,Polis,Todaypress.az,