Daha bir Avropa ölkəsi müdafiə xərclərini artırır

Dünya

02.04.2025 14:31

2361

Yunanıstan 2037-ci ilə qədər müdafiəyə 25 milyard avro xərcləyəcək.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. 

Bildirilib ki, Yunanıstanın ortamüddətli perspektivdə müdafiə qabiliyyətini müəyyən edəcək yeni plan davam edən Rusiya-Ukrayna müharibəsi və ABŞ-nin qitədəki mövcudluğunun zəifləməsi fonunda Avropa ölkələrinin hərbi xərclərini artırmağa çalışdığı bir vaxta təsadüf edir.   

Almaniya hesab edir ki, müdafiə imkanlarına sərmayə qoymaq suverenliyə yatırımdır.

tag: Yunanıstan,Müdafiə,Xərc,Artım,Todaypress.az,