Daha bir ölkə Ukraynaya böyük hərbi yardım göndərəcək

Dünya

11.04.2025 16:29

16

Almaniya Ukraynaya daha 4 ədəd "İRİS-T" sistemi və “Patriot” üçün raketlər verəcək. 

TodayPress xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib. 

Onun sözlərinə görə, Ukraynaya 2025-ci ildə hərbi yardıma 4 ədəd "İRİS-T" hava hücumundan müdafiə sistemi (300 ədəd raketlə birgə), 300 ədəd kəşfiyyat dronu, 120 ədəd daşınan zenit-raket kompleksi, 25 ədəd “Marder” PDM-i, 15 ədəd “Leopard 1A 5” əsas tankı, 14 artilleriya sistemi, 100 ədəd yerüstü müşahidə radarı, “Patriot” sistemləri üçün 30 ədəd idarəolunan raket və 100 min mərmi daxildir. 

Qeyd edək ki, son günlərdə Almaniya ilə yanaşı bir çox dövlətlər, eləcə də Avropa Komissiyası Ukraynaya hərbi və humanitar yardım ediblər. 

Türkan İsgəndərli

tag: Almaniya,Ukrayna,Hərbi,Yardım,Todaypress.az,