Danimarka ABŞ məhsullarını boykot edir

Dünya

29.04.2025 23:10

12

Danimarkalılar ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları və onun gömrük tarifləri siyasətinə etiraz olaraq  "Coca-Cola" və digər Amerika məhsullarını boykot ediblər.

TodayPress xəbər verir ki, bu barədə məlumatı "Financial Times" qəzeti yayıb.

Nəşr yazır ki, Danimarkada "Coca-Cola" içkisinin qablaşdırılmasına cavabdeh olan "Carlsberg" pivə şirkətinin baş direktoru Yakob Orup-Andersen jurnalistlərə verdiyi açıqlamada satışların bir qədər azaldığını bildirib.

Onun sözlərinə görə, bu ölkədə Amerika brendlərinə qarşı istehlakçı boykotu müşahidə olunur və bu, "Carlsberg"in bu cür tendensiyanı əhəmiyyətli şəkildə gördüyü yeganə bazardır.

Yakob Orup-Andersen qeyd edib ki, texniki baxımdan "Coca-Cola" və "Pepsi" Danimarka məhsulları sayılır, çünki ölkə üçün istehsal yerli olaraq həyata keçirilir. Lakin buna baxmayaraq, o, içkinin boykotuna dair ictimai qərara hörmətlə yanaşdığını bildirib.

"Financial Times" həmçinin qeyd edir ki, "Coca-Cola"nın boykotu fonunda Danimarkada yerli analoq olan Jolly "Cola"nın satışları ötən illə müqayisədə 13 dəfə artıb.

tag: Coco-Cola, Boykot, Pepsi, Danimarka,ABŞ, todaypress.az,