Danimarka ABŞ-ni müharibə ilə hədələdi

Dünya

14.03.2025 13:53

1953

"ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqı ilə bağlı sözləri Danimarka ilə müharibəyə səbəb ola bilər".   

TodayPress xəbər verir ki, bu barədə Danimarka parlamentinin müdafiə komitəsinin rəhbəri Rasmus Yarlov bildirib. 

Onun sözlərinə görə, Danimarka NATO baş katibinin Trampla Qrenlandiya ilə bağlı zarafatlarını bəyənmir. Baş nazir qeyd edib ki, bu, iki ölkə arasında mübahisəyə səbəb ola bilər. 

Yarlov bəyanatında NATO-nu bu problemin həllinə cəlb etmək istəmədiyini əlavə edib. Komitə rəhbəri xatırladıb ki, Qrenlandiyada keçirilən parlament seçkilərində ada sakinləri dərhal müstəqillik elan edilməsinin əleyhinə səs veriblər, həmçinin, Birləşmiş Ştatların tərkibinə daxil olmaq istəmirlər. 

Qeyd edək ki, Tramp Qrenlandiyanı ABŞ-yə birləşdirmək istədiyini elan edib. 

Türkan İsgəndərli

tag: ABŞ,Danimarka,Qrenlandiya,Müharibə,Todaypress.az,