Danimarka: ABŞ-nin Qrenlandiyaya təzyiqi qəbuledilməzdir

Dünya

25.03.2025 18:50

2336

ABŞ rəsmilərinin Qrenlandiyaya planlaşdırılan səfəri ilə bağlı Danimarka hökuməti narahatlığını ifadə edib. Baş nazir Mette Frederiksen bildirib ki, Vaşinqtonun Qrenlandiyaya və Danimarkaya göstərdiyi təzyiq qəbuledilməzdir.

TodayPress xəbər verir ki, Frederiksen bu barədə Danimarkanın “TV2” telekanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, Danimarka bu təzyiqlərə qarşı dayanacaq.

Qeyd edək ki, martın 27-də Qrenlandiyaya ABŞ-dən yüksək səviyyəli nümayəndə heyətinin səfəri gözlənilir.   

Qiymət Mahir

tag: Danimarka,ABŞ,Qrenlandiya,Tramp,Todaypress.az,