Danimarka donanmasını gücləndirir: 21 yeni texnologiya alınacaq
Danimarka Müdafiə Nazirliyi ölkənin hərbi-dəniz qüvvələrini əhəmiyyətli dərəcədə gücləndirmək niyyətində olduğunu açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə məlumat yayıb.
Bildirilib ki, Danimarka Sahil Mühafizəsi üçün 21 yeni gəmi, əlavə olaraq 4 çoxməqsədli hərbi gəmi alınacaq. Bu gəmilər ölkənin ərazi sularında patrul xidməti, müşahidə və mina yerləşdirilməsi kimi tapşırıqları yerinə yetirmək imkanına malik olacaq.
Həmçinin Kopenhagen sualtı infrastrukturun, xüsusilə tənzimləyici və enerji ötürücü xətlərin təhlükəsizliyini təmin etmək məqsədilə müşahidə avadanlığı və pilotsuz qurğuların inkişafı proqramını da başlatmaq niyyətindədir. Rəsmi məlumatda vurğulanır ki, bu texnologiyalar Danimarka Hərbi-Dəniz Qüvvələrinin həm hazırkı, həm də uzunmüddətli gücünü artıracaq.
Qiymət Mahir
tag: Danimarka,Donanma,Texnologiya,Hərbi,todaypress.az,