Danimarka müdafiəyə əlavə 16 milyard dollar ayıracaq
Danimarka Nazirlər Kabineti müdafiə xərclərini artırmaq üçün parlament fraksiyaları ilə razılaşıb.
TodayPress xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 2033-cü ilə qədər hakimiyyət müdafiəyə əlavə 120 milyard kron (16,83 milyard dollar) ayıracaq.
Xatırladaq ki, bundan öncə Polşanın Baş naziri Donald Tusk Avropada hərbi xərclərin artırılmasının Avropa İttifaqı səviyyəsində həyata keçiriləcəyini bildirmişdi.
O qeyd etmişdi ki, yaxın vaxtlarda Avropa Komissiyası müdafiə üçün ümumi vəsaitlərin istifadəsi, eləcə də banklarla əməkdaşlığa dair konkret təkliflər təqdim edəcək.
tag: Danimarka ,Müdafiə xərcləri,Polşa,Donald Tusk,todaypress.az,