Danimarka qoşunlarını Ukraynaya göndərməyəcək
Danimarkanın Baş naziri Mette Frederiksen Danimarka hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı danışmağın hələ tez olduğunu deyib.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Baş nazirin sözlərinə görə, ilk növbədə bir çox məsələlərə aydınlıq gətirilməlidir.
Xüsusilə, Ukrayna ərazisində “sülhməramlı missiya”da ABŞ-nin rolunun nədən ibarət ola biləcəyini öyrənmək lazımdır.
Qeyd edək ki, fevralın 18-də Parisdə keçirilən toplantıda Avropa ölkələrinin Ukraynaya mümkün dəstəyi ilə bağlı yekun nəticəyə gəlmək mümkün olmayıb.
Britaniya və İsveç Avropa qoşunlarının Ukraynaya göndərilməsinin tərəfdarı olsalar da, Almaniya, İtaliya, İspaniya və Polşa buna qarşı çıxıb.
Nicat Osman
tag: Danimarka,Ordu,Ukrayna,Sülhməramlı,Todaypress.az,