Danimarka Ukraynaya 43 milyon dollar ayırdı

Dünya

28.03.2025 17:25

2790

Danimarka hökuməti Ukraynaya texnoloji dəstək məqsədilə 300 milyon kron (təxminən 43,4 milyon ABŞ dolları) məbləğində vəsait ayırıb. 

TodayPress xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ayrılan vəsait radioelektron mübarizə və pilotsuz uçuş aparatları (PUA) sahəsində tədqiqatlara yönəldiləcək.

Nazirliyin məlumatına görə, bu istiqamətlərdə texnologiyalar sürətlə inkişaf edir və döyüş qabiliyyətinə ciddi təsir göstərən yeni həllər ortaya çıxır. Ukrayna bu sahələrdə xarici dəstəyə ehtiyac duyduğu bir neçə prioritet istiqamət müəyyən edib.

“Şübhə yoxdur ki, Ukraynanın Rusiya ordusunun cəbhədə göstərdiyi güclü təzyiqlərə qarşı müqavimət göstərmək üçün geniş ehtiyacları var” deyə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib. 

Onun sözlərinə görə, döyüş meydanında yeni texnoloji həllərin hazırlanması Ukraynanın Rusiya üstünlüyünü balanslaşdırmaq yollarından biridir. 

Qiymət Mahir

tag: Danimarka,Ukrayna,Yardım,Milyon,Dollar,Todaypress.az,