Danimarka Ukraynaya hərbi qüvvə göndərir

Dünya

16.04.2025 18:06

11

Danimarka bir qrup hərbi qulluqçusunu Ukraynaya göndərməyi planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə Danimarka ordusunun komandanı general-mayor Peter Boysen məlumat verib. 

“Göndəriləcək komandalar müxtəlif ordu alaylarını təmsil edir və Ukraynaya silahsız gedəcəklər” general vurğulayıb. 

Boysen Ukraynaya göndəriləcək hərbi qüvvənin sayı barədə təfərrüatı açıqlamayıb. 

Danimarka mətbuatı yazır ki, danimarkalı əsgərlər orada Ukraynanın hərbi təchizatı ilə təmin olunacaq.

Məlumatda hərbçilərin Ukrayna PUA-ları üzrə təlim aldıqları da bildirilib.

tag: Danimarka,Ukrayna,Hərbi,Qüvvə,Todaypress.az,