Danimarka və ABŞ arasında yüksək səviyyəli görüş gözlənilir

Dünya

01.04.2025 17:39

1235

ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarından sonra Kopenhagen və Vaşinqton arasında yaranan gərginlik fonunda ilk yüksək səviyyəli təmas baş tuta bilər.

TodayPress “Times”a istinadən xəbər verir ki, Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen bu həftə ABŞ dövlət katibi Marko Rubio ilə görüş keçirəcək. 

Görüşün aprelin 3-də Brüsseldə keçiriləcək NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutacağı gözlənilir.

Bununla belə, “Financial Times”ın mənbələri qeyd edir ki, Kopenhagen və Vaşinqton arasında münasibətlərin gərgin olması səbəbindən görüş ləğv edilə bilər.

Rəsmi şəxslərin məlumatına görə, ABŞ və Danimarka arasında hazırda diplomatik təmaslar minimum səviyyədədir.

ABŞ Dövlət Departamenti bu həftə keçiriləcəyi gözlənilən görüşlə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, Rasmussen və Rubio arasında yanvar ayında 20 dəqiqəlik telefon danışığı baş tutub.   

Qiymət Mahir

tag: ABŞ,Danimarka,Görüş,Danışıq,Todaypress.az,