Danimarkada qadınlar hərbi xidmətə çağırılacaq

Dünya

26.03.2025 18:42

2680

Danimarka hökuməti ölkənin müdafiə qabiliyyətini gücləndirmək və Rusiyadan gələn təhlükələrə qarşı hərbi islahatları sürətləndirir.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Məlumata görə, rəsmi Kopenhagen bu məqsədlə 2026-cı ildən qadınlar üçün məcburi hərbi xidmətə başlamağı planlaşdırır.

Hazırda Danimarkada qadınlar yalnız könüllü əsasda orduya qoşula bilirlər.

Kişilər isə “lotereya sistemi” vasitəsilə orduya çağırılırlar.

Bu sistem könüllü əsgərlərin çatışmazlığını kompensasiya etmək üçün tətbiq olunub.

Yeni qaydalar qüvvəyə mindikdən sonra Danimarka Avropada qadınlara məcburi hərbi xidmət tətbiq edən nadir ölkələrdən birinə çevriləcək. 

Qiymət Mahir

tag: Danimarka,Qadınlar,Hərbi Xidmət,Ordu,ÇAğırış,Todaypress.az,