Danimarkadan Ukraynaya növbəti yardım

Dünya

03.04.2025 17:41

2338

Danimarka Ukraynaya 2025-2027-ci illər üçün 6,7 milyard kron (970 milyon dollar) məbləğində 25-ci yardım paketini göndərəcək. 

TodayPress xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, ayrılan vəsait hava hücumundan müdafiə sistemlərinin, artilleriyanın alınması və Ukrayna Hərbi Hava Qüvvələrinə dəstək üçün istifadə olunacaq. 

Məlumatda qeyd olunub ki, yardımlar Ukraynaya dəstəyin göstəricisidir. 

Türkan İsgəndərli

tag: Danimarka,Ukrayna,Hərbi,Yardım,Todaypress.az,