"DeepSeek" şəxsi məlumatları Çinə ötürdü

Dünya

19.02.2025 15:10

1409

Çin tərəfindən hazırlanmış "DeepSeek" çatbotu ölkədəki istifadəçilərin məlumatlarını "ByteDance Ltd" şirkətinə ötürüb.

TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata görə Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası (PIPC) ölkədə "DeepSeek"in yüklənməsinə müvəqqəti məhdudiyyət qoyulduğunu elan edib. 

Bu, tətbiqin məlumatları toplaması ilə əlaqədar baş verən narahatlıqlla bağlı olub.

Qeyd edək ki, ilk dəfədir, rəsmi dövlət qurumu "DeepSeek"də istifadəçi məlumatlarının üçüncü tərəfə potensial sızmasını təsdiqləyib.

Nicat Osman

tag: DeepSeek,Çin,Cənubi Koreya,Virus,Todaypress.az,