Dəhşətli hadisə: 50-dən çox it qadını parçaladı
Kolorado ştatında dəhşətli ailə faciəsi yaşanıb.
TodayPress xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Belə ki, 47 yaşlı Cesika Hoff öz anasının ölümündə günahlandırılaraq həbs edilib.
Onun 50-dən çox iti anasına hücum edib və 76 yaşlı qadını öldürüb. Hadisə Kolorado-Siti şəhərində baş verib.
Araşdırmalar nəticəsində Cesika Hoffun digər yaxın ərazidəki əmlakında da axtarış aparılıb və ümumilikdə 54 it aşkarlanıb. Bir çox heyvanın baxımsız və acınacaqlı vəziyyətdə olduğu, bəzilərinin isə ağır vəziyyətdə saxlanıldığı qeyd olunub.
Qadın saxlanılıb və ona qarşı “cinayət səhlənkarlığı” və “ağırlaşdırıcı hallar fonunda heyvanlara qarşı qəddarlıq” ittihamları irəli sürülüb.
Rəsmi məhkəmə ittihamı hələ elan edilməyib, lakin qadın 50 min dollar girov qarşılığında müvəqqəti azadlığa buraxıla bilər.
Qiymət Mahir
tag: ABŞ,Qadın,İt,Hücum,Ölüm,Todaypress.az,