Dəməşqin əksər hissəsinə elektrik enerjisi naməlum səbəblərdən kəsildi

Dünya

01.04.2025 23:10

1428

Suriyanın paytaxtı Dəməşqdə naməlum səbəblərdən irimiqyaslı elektrik kəsilməsi qeydə alınıb.

TodayPress xəbər verir ki , bu barədə “Sham” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Dəməşqin əksər hissəsinə elektrik enerjisi axını dayanıb.

Suriya hakimiyyəti gözlənilməz elektrik kəsilməsinə nəyin səbəb olduğunu açıqlamayıb.

tag: Dəməşq, Suriya, Elektrik, İşıq, todaypress.az,