Demokratlar: Bayden partiyanın imicini korlayır

Dünya

20.04.2025 15:15

10

ABŞ Demokratik Partiyasının üzvləri hesab edirlər ki, ABŞ-nin keçmiş lideri Cozef Bayden və həyat yoldaşı Cil Bayden ictimaiyyət qarşısında çıxış etməkdən çəkinməlidir. 

TodayPress xəbər verir ki, bu barədə “The Hill” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Bayden bir çox demokratların fikrincə, partiyanın imicini korlayır.

Keçmiş birinci xanımın mətbuat katibi Mişel La Rozanın dediyinə görə, Demokratların Bayden ailəsinə olan məyusluğu tez bir zamanda sonlanmayacaq.

"Bu, onların ictimai həyatının ürəkağrıdıcı və faciəli sonluğudur, onlar siyasi reallıqları nəzərə almalıdırlar" o vurğulayıb.

Töhfə Səməd 

tag: ABŞ ,Demokratlar,Cozef Bayden,todaypress.az,