Deputat Trampa cavab verdi
“Rusiya atəşkəs razılaşmasının əldə olunmasını qəsdən yubatmır”.
TodayPress xəbər verir ki, bunu Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin birinci sədr müavini Aleksey Çepa “Lenta.ru”ya açıqlamasında deyib.
Deputat bu sözləri ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putini “sülh sazişini qəsdən ləngitməkdə” ittiham etməsinə cavab olaraq bildirib:
“Əgər danışıqlar 12 saat davam edirsə, bu, o deməkdir ki, hər iki tərəfin – Trampın və Vladimir Putinin xüsusi nümayəndələri tərəfindən çoxsaylı məsələ və vəzifələr konkret şəkildə həll olunur. Bu, yubadılma deyil, detallı işləmə prosesidir” deyə Çepa qeyd edib.
O əlavə edib ki, Rusiya danışıqlara daha konkret və realist yanaşır, halbuki Tramp əvvəlcə “bir günə”, sonra isə “bir aya” münaqişəni bitirəcəyini vəd etmişdi.
Xatırladaq ki, daha əvvəl Rusiya və ABŞ nümayəndələri 18 martdan başlayaraq 30 gün müddətində Moskva və Kiyev arasında enerji infrastrukturlarına qarşı hücumların dayandırılması istiqamətində tədbirlər işləyib hazırlamaq barədə razılığa gəliblər.
Qiymət Mahir
tag: Rusiya,Aleksey Çepa,ABŞ,Tramp,Todaypress.az,