Deputat: “Zelenskinin hədələri Trampın yoxlamaq cəhdidir”

Dünya

05.05.2025 18:00

12

“Ukrayna prezidenti Volodimir Zelenskinin 9 May Qələbə paradına zərbə endirmək iması ABŞ prezidenti Donald Trampın reaksiyasını sınaqdan keçirmək məqsədi daşıyır”.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski özünün “Teleqram” kanalında yazıb. 

Onun fikrincə, Zelenski ABŞ ilə imzalanan nadir yeraltı sərvətlərin istismarı haqqında sazişdən sonra Vaşinqtonun ona hansı manevrləri etməyə icazə verəcəyini yoxlayır.

Qiymət Mahir

tag: Ukrayna,Zelenski,Qələbə paradı,ABŞ,Tramp,Rusiya,todaypress.az,