“Der Spiegel”: Avropada müharibəqabağı dövr başlayır
Avropada İkinci Dünya müharibəsindən sonra formalaşan dövr başa çatır, onun yerini isə yeni müharibəqabağı mərhələ tutur.
TodayPress xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşrində dərc olunmuş məqalədə deyilir.
Jurnalistlərin qənaətinə görə, Almaniyanın gələcəyi ciddi dəyişikliklərə doğru gedir. Müdafiə naziri artıq açıq şəkildə hərbi potensialdan, xarici işlər naziri isə müdafiə qabiliyyətindən danışır. Hətta ölkədə hərbi xidmətin bərpası da müzakirə mövzusuna çevrilib.
“Bu ölkə dəyişəcək” deyə məqalədə qeyd olunur.
Nəşrə görə, Almaniya ordusu Bundever modernləşdirmə çərçivəsində yalnız silah və maliyyə deyil, əlavə olaraq 50–90 min yeni hərbi qulluqçuya da ehtiyac duyacaq. Bu isə alman cəmiyyətini köklü şəkildə dəyişə bilər.
Mart ayında Almaniya Bundestaqı 513 səs lehinə və 207 əleyhinə olmaqla müdafiə xərcləri ilə bağlı “borc əngəlini” yumşaldan düzəlişləri təsdiqləyib. Bu addım federal büdcədə daxilolmalardan daha çox vəsait xərcləməyə imkan verir.
Berlinin bu qərarları Ukrayna müharibəsinin fonunda və Almaniyanın son onilliklərdəki ən uzun iqtisadi durğunluq dövründə qəbul olunur. Hakimiyyət orqanları hərbi xərcləri artıraraq iqtisadiyyatı canlandırmağa çalışır. Lakin ekspertlər bu siyasətin inflyasiyanı daha da gücləndirə biləcəyi barədə xəbərdarlıq edirlər. Eyni zamanda, bir sıra media qurumları gələcək kansler kimi göstərilən Fridrix Mersin kursu ilə bağlı təhlükəli tarixi paralellərə diqqət çəkirlər.
Qiymət Mahir
tag: Almaniya,Avropa,Ukrayna,Berlin,todaypress.az,