Diqqət: “iPhone” qiymətləri bahalaşdı
“Apple” ABŞ prezidenti Donald Tramp administrasiyasının yeni tariflərindən ən çox zərər görən kooperasiya olub.
TodayPress xəbər verir ki, bu barədə “Wedbush Securities” analitiki Den Ayves yazıb.
"Trampın iqtisadi Armageddon tarifi, Çindən kütləvi istehsal asılılığını nəzərə alsaq, “Apple” üçün tam bir fəlakətdir" deyə o bildirib.
Onun sözlərinə görə, Tim Kukun koorporasiyası Çindən çox asılıdır, çünki “iPhone” modellərinin 90 faizi ölkədə istehsal olunur.
Analitik onu da qeyd edib ki, “iPhone” qiymətlərinin artması qaçılmazdır:
“Planetin ən yaxşı istehlak məhsullarından biri olan “iPhone”un 1000 dollara başa gəlməsi reallığı aradan qalxır. Qiymətlər o qədər kəskin artacaq ki, bunu başa düşmək çətin olacaq" Ayves əlavə edib.
“Wedbush Securities”in mütəxəssisinin fikrincə, tariflərin mənfi təsirini azaltmaq üçün istehsalın qismən ABŞ-yə daşınması “Apple” üçün olduqca çətin olacaq:
“Hətta hasilatın 10 faizini köçürmək üç il və 30 milyard dollar çəkəcək”.
Həmçinin, əgər smartfonlar Nyu Cersi, Texas və ya başqa ştatda istehsal olunmağa başlasa, “iPhone”un qiyməti 3500 dollara qədər artacaq.
Töhfə Səməd
tag: İphone,Qiymətlər,Artım,ABŞ,TArif,Todaypress.az,