DOGE ABŞ Sülh İnstitutunun əsas heyətini ixtisar etdi
İlon Maskın rəhbərlik etdiyi ABŞ hökumətinin Effektivlik Departamenti (DOGE) ABŞ Sülh İnstitutunun (USIP) baş qərargahında çalışan demək olar ki, bütün əməkdaşları işdən azad edib.
TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” (WP) təşkilatın əməkdaşlarına istinadən məlumat yayıb.
İxtisarların 200–300 nəfəri əhatə etdiyi bildirilib ki, bu da institutun Vaşinqtondakı əsas ofisinin demək olar ki, bütün işçi heyətinə bərabərdir. Eyni zamanda, xarici ofislərdə çalışan əməkdaşların əksəriyyəti vəzifələrində saxlanılıb.
İşdən çıxarılma barədə bildirişlər martın 28-i gecə saatlarında göndərilib. Qeyd olunub ki, bu hadisə institut prezidentinin DOGE tərəfindən təyin olunmuş yeni nümayəndə ilə əvəzlənməsindən cəmi iki həftə sonra baş verib. Təşkilat əməkdaşları bu kütləvi ixtisarı “cümə qətliamı” adlandırıblar.
Nəşrin məlumatına görə, bəzi işçilərə çıxarılma müqabilində təzminat və bir ay müddətinə tibbi sığorta təklif olunub. Bunun əvəzində isə onlardan məhkəməyə müraciət hüququndan imtina etmələri tələb olunub.
Qiymət Mahir
tag: ABŞ,DOGE,Sülh İnstitutu,İxtisar,todaypress.az,