Dominikanda gecə klubu çökdü, ölənlər var

Dünya

10.04.2025 10:45

15

Dominikan Respublikasının paytaxtı Santo Dominqoda gecə klubunda tavanın çökməsi nəticəsində ölənlərin sayı 184-ə yüksəlib. 

TodayPress xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Dominikan səlahiyyətliləri xilasetmə işləri davam edərkən sağ qalanların tapılmadığını təsdiqləyiblər. 

Yerli hakimiyyət orqanlarının məlumatına görə, həlak olanlar arasında Monte Kristi əyalətinin qubernatoru Nelsi Milaqros Kruz da var. 

Dominikan prezidenti Luis Abinader həlak olanların xatirəsini yad etmək üçün aprelin 8-dən etibarən üç günlük milli matəm elan edib. 

Təcili yardım xidmətləri ailələrə xəsarət alanlar və itkin düşənlər haqqında məlumat almaq üçün qaynar xətt yaradıb.

Dağıntının səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. 

Töhfə Səməd

tag: Dominikan,Gecə Klubu,Çökmə,Ölüm,Todaypress.az,