Dominikanda matəm uzadıldı: 221 nəfər öldü

Dünya

11.04.2025 16:57

12

Dominikan Respublikası prezidenti Luis Abinader “Jet Set” gecə klubunda baş verən faciə ilə əlaqədar elan olunmuş milli matəmi daha üç gün uzadıb.   

TodayPress xəbər verir ki, bu barədə yerli “Diario Libre” qəzeti məlumat yayıb. 

Son məlumata əsasən, klub binasının damının uçması nəticəsində 221 nəfər həyatını itirib.

Santo-Domingo Fövqəladə Hallar Xidməti axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını açıqlasa da, yerli hakimiyyət hələ də klubda olan və xəbər almayan şəxslərin yaxınlarına yardım göstərməyə davam edir.

Hadisənin dəqiq səbəbləri hələlik bəlli deyil. Rəsmilər xilasedici işlərin tam yekunlaşmasını gözlədiklərini bildiriblər.

Yerli mediada yayılan ehtimallara görə, hadisənin baş verdiyi bina 2023-cü ilə qədər kinoteatr kimi istifadə olunub və köhnə konstruksiyaya malik olub.

Həmin gecə binada normadan artıq insanın toplaşması və güclü səs dalğalarının təsiri ilə tikili yükə tab gətirməyərək çökməsi ehtimal oliunur.   

Qiymət Mahir

tag: Dominikan,Gecə Klubu,Çökmə,Ölüm,Todaypress.az,