Donald Tramp Türkiyəyə gedəcək

Dünya

10.04.2025 22:30

20

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər edəcək.

TodayPress xəbər verir ki, bu barədə "CNN Türk"ün Vaşinqton müxbiri Yunus Paksoy deyib.

O bildirib ki, Tramp Yaxın Şərq turnesi çərçivəsində Türkiyədə də olacaq.

Dəqiq tarix açıqlanmasa da, səfərin mayın əvvəlində baş tutacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı ilə yaxın zamanda görüşəcəyini söyləyib.

tag: Tramp,ABŞ, Türkiyə, Vaşinqton, Yaxın Çərq, XİN, todaypress.az,