Donald Trampın çıxışından sonra neftin qiyməti aşağı düşdü
ABŞ Prezidenti Donald Trampın neft
qiymətlərini aşağı salmaq niyyətində olduğunu elan etməsindən sonra "qara
qızıl" kəskin şəkildə ucuzlaşıb.
Bu barədə TodayPress “İnterfaks”a istinadən xəbər
verir.
Belə ki, Bakı vaxtı ilə saat 20:35-ə olan məlumata görə,
Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin
qiyməti bir barel üçün 78,42 dollar təşkil edir ki, bu da əvvəlki hərracın
bağlanış qiymətinə nisbətən 0,58 dollar (0,73%) azdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda
WTI markalı neftin mart fyuçerslərinin qiyməti 0,72 dollar (0,95%) ucuzlaşaraq
74,72 dollar/barelə bərabər olub.
Trampın çıxışına qədər neft bahalaşırdı.
Xatırladaq ki, Davosda keçirilən Dünya İqtisadi Forumunun
iştirakçılarına videobağlantı vasitəsilə danışan Tramp Səudiyyə Ərəbistanı və
OPEC-dən neftin qiymətini aşağı salmağı istəyəcəyini bildirib.
tag: Tramp, Neft, London, Dollar, Brent,todaypress.az,