Dondurmadan ilan çıxdı
Tailandda dondurmadan ilan çıxıb.
TodayPress xəbər verir ki, bu barədə "Thaiger" məlumat yayıb.
Belə ki, mağazadan dondurma alan vətəndaşlardan biri onun paketini açanda üzərində donmuş ilan görüb.
Qara-yaşıl rəngdə olan sürünənin növü hələ müəyyən edilməyib.
Onun orta dərəcədə zəhərli olan qızıl ağac ilanı ola biləcəyi güman edilir.
Qızıl ağac ilanı Tailandda, eləcə də Çin , Hindistan, Şri Lanka, Malayziya və Filippində yayılıb.
Türkan İsgəndərli
tag: Tailand,Dondurma,İlan,Market,Todaypress.az,