Donetsk vilayəti bombalandı, 11 dinc sakin həlak oldu

Dünya

08.03.2025 09:20

868

Rusiya qoşunlarının martın 7-dən 8-nə keçən gecə Ukraynanın Donetsk vilayətinin Dobropillya şəhərinin mərkəzi hissəsinə zərbələr endirməsi nəticəsində azı 11 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

“Səkkiz beşmərtəbəli binaya, bir inzibati binaya və 30 avtomobilə ziyan dəyib. Yaşayış binalarında və inzibati binada yanğınlar baş verib” deyə məlumatda bildirilib.

Nicat Osman

tag: Ukrayna,Rusiya,Münaqişə,Mülki əhali,Ölüm,Todaypress.az,