Dövlət Duması Zelenskinin atəşkəs şərtinə cavab verdi
“Ukraynada atəşkəs yalnız regionda münaqişənin əsas səbəbləri aradan qaldırılandan sonra mümkündür”.
TodayPress xəbər verir ki, bu fikri Rusiyanın Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa “Lenta.ru” ilə bölüşüb.
O, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin “etibarlı təhlükəsizlik təminatları” olmadan atəşkəsin qeyri-mümkün olduğuna dair bəyanatını şərh edərkən deyib.
“Bu gün atəşkəs heç kimə sərf etmir. Biz davamlı sülhə nail olmalıyıq. Dayanıqlı sülh və təhlükəsizliyə nail olmaq üçün biz bu münaqişənin əsas səbəblərini həll etməliyik" deyə Çepa bildirib.
Xatırladaq ki, bundan əvvəl Zelenski bəyan etmişdi ki, Ukraynanın müttəfiqlərindən təhlükəsizlik zəmanəti olaraq, ölkə ərazisində yerləşdirilə bilən çoxlu sayda raketlər, Rusiya ordusu ilə müqayisə olunan güclü ordu və Avropa İttifaqına daxil olmaq lazımdır. Ukrayna lideri, həmçinin ABŞ, Fransa, Böyük Britaniya və digər NATO üzvlərinin İranın hücumu zamanı İsrailə göstərdiyi raket əleyhinə müdafiə tədbirlərini istəyir.
Aysel Mətləb
tag: Ukrayna,Aleksey Çepa,Zelenski,Atəşkəs,NATO,Dövlət Duması,Sülh,todaypress,