Dövlət katibi: “ABŞ xarici yardımı davam etdirəcək”

Dünya

07.02.2025 12:07

2202

“ABŞ hökuməti USAID-in fəaliyyətinin dayandırılmasına baxmayaraq, xarici dövlətlərə yardım göstərməyə davam edəcək”.

TodayPress xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda keçirilən mətbuat konfransında bildirib.

“Xarici yardımı davam etdirəcəyik. ABŞ yardım göstərəcək, lakin yardım məntiqli olacaq və milli maraqlarımıza cavab verəcək” deyə Rubio vurğulayıb.

USAID-in fəaliyyətinin dayandırılması ilə bağlı qərarı şərh edən dövlət katibi qeyd edib ki, prezident Donald Trampın administrasiyası effektiv proqramları müəyyən edərək onların icrasını davam etdirmək, milli maraqlara cavab verməyən layihələrə isə yenidən baxmaq istəyir. Onun sözlərinə görə, bəzi beynəlxalq yardım proqramları USAID-in bağlanması qərarından təsirlənməyəcək və administrasiya bu proqramların müəyyənləşdirilməsi üzərində işləyir.

Qiymət Mahir

tag: USAID,Tramp,ABŞ,Rubio,Todaypress.az,