"Drujba" vasitəsilə Slovakiyaya neft axını bərpa edildi

Dünya

12.03.2025 16:58

2061

"Drujba" kəməri ilə Slovakiyaya neft nəqli bərpa olunub və onun respublikaya çatması yaxın günlərdə gözlənilir.   

TodayPress xəbər verir ki, bu barədə "Dennikn" xəbər portalı Slovakiya neft kəmərlərini idarə edən "Transpetrol" şirkətinin nümayəndəsinə istinadən məlumat yayıb. 

"Drujba" neft kəmərində texniki nasazlıqlar aradan qaldırıldıqdan sonra Slovakiya ərazisindən kənarda yerləşən hissədə neftin vurulması bərpa edilib. Onun bu gün axşam saatlarında respublikaya çatması gözlənilir" deyə "Transpetrol" şirkətinin nümayəndəsi bildirib. 

Qeyd edək ki, martın 5-də və 11-də Ukrayna qüvvələri tərəfindən hücum həyata keçirilib.

Nəticədə neft kəmərində nasazlıq yaranıb, tədarük ləngiyib. 

Töhfə Səməd

tag: Slovakiya,Neft,Drujba,Bərpa,Todaypress.az,