Duda nazir kimi fəaliyyətinə davam edə bilər
Polşa prezidenti Anjey Duda səlahiyyət müddəti başa çatdıqdan sonra yeni hökumətdə Baş nazir postuna gələ bilər.
TodayPress xəbər verir ki, bu barədə “Gazeta Wyborcza” nəşri məlumat yayıb.
“Bu variant may ayında keçiriləcək prezident seçkilərində sağçı partiyalardan birinin namizədi qalib gələrsə, mümkün ola bilər” deyə nəşr yazıb.
Bildirilib ki, Polşanın radikal sağçı Konfederasiya assosiasiyasından prezidentliyə namizəd Slavomir Mentzenin ötən həftə Duda ilə görüşü onun Baş nazir vəzifəsinə mümkün təyinatı ilə bağlı ola bilər.
Aysel Mətləb
tag: Polşa ,Anjey Duda,Baş nazir,Konfederasiya,Slavomir Mentzen,todaypress.az,