Dünya Bankı: “Brent” nefti bu il 9% ucuzlaşdı
Bu ilin yanvar-mart
aylarında dünya bazarlarında “Brent” etalon markalı neftin 1 barelinin orta
qiyməti 75,6 ABŞ dolları təşkil edib, bu da ötən ilin müvafiq dövrünün
göstəricisi (83,1 dollar) ilə müqayisədə 9% azdır.
Bu barədə TodayPress
Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, cari ilin
martında “Brent”in orta qiyməti 72,6 dollar səviyyəsində olub, bu da fevralın
göstəricisi (75,2 dollar) ilə müqayisədə 3,5% azdır.
Bildirilir ki, 2024-cü
ildə “Brent” neftinin orta qiyməti 80,7 dollar səviyyəsində olub, bu da 2023-cü
ilin göstəricisi (82,6 dollar) ilə müqayisədə 2,3% azdır.
Məlumata görə, cari ilin
yanvar-mart aylarında WTI (West Texas Intermediate) etalon markalı neftin 1 barelinin
orta qiyməti 71,4 ABŞ dollarına bərabər olub, bu da 2024-cü ilin birinci
rübünün göstəricisi (77 dollar) ilə müqayisədə 7,3% azdır.
Hesabatda deyilir ki, cari
ilin martında WTI-ın orta qiyməti 67,8 dollar olub, bu da öncəki ayın
göstəriicisi (71,3 dollar) ilə müqayisədə 4,9% azalma deməkdir.
Qeyd olunur ki, ötən il
WTI markalı neftin orta qiyməti 75,8 dollar təşkil edib, bu da öncəki ilin
göstəricisi (77,7 dollar) ilə müqayisədə 2,4% azdır.
tag: Dünya Bazarı, Neft, Qaz, Brent, Bahalaşma,Dollar, todaypress.az,