Dünya milyarderlərinin siyahısı açıqlandı

Dünya

01.04.2025 19:09

1120

Amerikalı milyarder İlon Mask dünyanın ən zəngin milyarderləri siyahısına başçılıq edir. 

TodayPress xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. 

Onun sərvəti 342 milyard dollardır. İkinci yerdə sərvəti 216 milyard dollar olan Metanın baş direktoru Mark Zukerberq yer alıb.

Üçlüyün son pilləsini 215 milyard dollarlıq sərvətlə Amazonun qurucusu Ceff Bezos tutub. 

Qeyd edək ki, dünyada 2933 milyarder var.

Ən sonuncu yerdə "DoorDash" restoran çatdırılması proqramında həmtəsisçisi və laboratoriya rəhbəri Stenli Tanq qərarlaşıb. 

Türkan İsgəndərli

tag: Milyarder,Forbes,Siyahı,MAsk,Zukerberq,Bezos,Todaypress.az,