Dünya üzrə avtomobil satışı artdı

Dünya

20.03.2025 13:50

2818

Qlobal avtomobil bazarı 8 faiz artıb. 

TodayPress xəbər verir ki, bu barədə “Global Data” konsaltinq şirkətini məlumat verib.

Bildirilib ki, 2025-ci ilin fevral ayında yeni minik və kommersiya avtomobillərinin qlobal satışı 2024-cü ilin eyni ayına nisbətən 8,3 faiz artaraq 6,565,191 ədəd təşkil edib.

Bununla belə, 2025-ci ilin yanvar ayı ilə müqayisədə satışlar azalıb.

Qeyd edək ki, satışda birinci yeri Çin, ikinci yeri ABŞ və Qərbi Avropa tutub.

Aysel Mətləb

tag: Dünya,Avtomobil,Satış,Artım,Todaypress.az,