Dünya vaxtından bir saniyə çıxılacaq

Dünya

17.02.2025 16:30

662

Rusiyalı alimlər Yerin anomal sürətlənməsinə görə dünya vaxtından bir saniyənin çıxılacağını irəli sürüblər.   

TodayPress xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb. 

Agentliklə söhbətində bu ehtimalı Ümumrusiya Fiziki, Texniki və Radiotexniki Ölçmələr Elmi-Tədqiqat İnstitutunun (VNIIFTRI) baş direktoru Sergey Donçenko müzakirə edib.  "Saniyəni toplamaq və ya çıxmaq kimi texniki tapşırıq artıq uzun müddətdir ki, bizə heç bir problem yaratmayıb" deyə mütəxəssis qeyd edib. 

VNIIFTRI-nin baş tədqiqatçısı Vitali Palçikov isə Yerin anomal sürətlənməsi haqqında danışıb. Onun hesablamalarına görə, planetin fırlanmasını kompensasiya etmək üçün 2029-cu ilə qədər dünya vaxtından bir saniyə çıxılmalı olacaq. 

Sergey Donçenko izah edib ki, Yer daim yavaşlayır, sonra isə sürətlənir - hazırda ekspertlər onun sürətlənmə rejimində olduğunu qeyd edirlər. 

“Yer isinir və planetin daxilində intensiv proseslər gedir” deyən Donçenko bunun niyə baş verdiyi sualına hələ də dəqiq cavabın olmadığını vurğulayıb. 

Töhfə Səməd

tag: Saat,Saniyə,Alimlər,Araşdırma,Todaypress.az,