Dünyanın ən böyük aysberqi Britaniya adasına çırpıla bilər
Dünyanın ən böyük aysberqi A23a Britaniyanın Cənubi Corciya adasına çırpılaraq parçalana bilər.
TodayPress xəbər verir ki, bu barədə "20min.ch" yazıb.
Qeyd olunub ki, Aysberqin yaxınlaşması adanın pinqvin və suiti populyasiyalarını təhdid edir, çünki bu, onların qidaya çıxışını kəsə bilər. Həmçinin, buz nəhənginin adaya yaxınlığı dənizçilərin narahatlığına səbəb olur.
Xatırladaq ki, bundan əvvəl nəhəng aysberq A23a Antarktida sahillərində hərəkət etməyə davam edirdi.
Günəş Mərd
tag: Aysberq,Dünya,Britaniya,Ada,Todaypress.az,