Dünyanın ən böyük konteyner gəmisi istismara verildi
Çin Dövlət Gəmiqayırma Korporasiyası dünyanın ən böyük iki yanacaqlı dəniz konteyner gəmisini istismara verib.
TodayPress xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Gəmi eyni vaxtda 24 min standart konteyneri, çəkisi 220 min tona qədər olan yükləri daşıya bilir. Konteyner gəmisi Şərqi Asiyadan Avropaya yük daşıyacaq.
Telekanal qeyd edib ki, hündürlüyünə görə bu konteyner gəmisi 25 mərtəbəli binaya bərabər ola bilər.
Onun mühərrikləri LNG ilə işləyir və yanacaq doldurduqdan sonra gəmi 20.000 dəniz mili (37.000 km-dən çox) məsafə qət edə bilir.
tag: Gəmi,Çin,Konteyner,Çin Mərkəzi Televiziyası ,Todaypress.az,