Dünyanın iki nəhəng iqtisadiyyatı qarşı-qarşıya: Qalib kim olacaq?

Dünya

10.03.2025 12:11

1359

Çinin Amerika kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi tariflər rəsmi olaraq qüvvəyə minib.   

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. 

Bu, dünyanın iki ən böyük iqtisadiyyatı arasında gedən ticarət müharibəsinə son cavab olub.   

Bildirilib ki, Amerika soya lobyasının və taxta materiallarının alışı tamamilə dayandırılıb. 

Nəşrin məlumatına görə, Amerikanın kənd təsərrüfatı mallarına zərbə endirmək qərarına gələrkən Pekin ticarət arsenalında ən güclü və ucuz silahlardan birini istifadə edib. 

Töhfə Səməd

tag: Çin,ABŞ,Ticarət,Savaş,Todaypress.az,