Durov BƏƏ-yə qayıtdı

Dünya

17.03.2025 15:50

954

Biznesmen və "Telegram"ın həmtəsisçisi Pavel Durov ona qarşı məhkəmə prosesinin davam etdiyi müddətdə Fransadan Dubaya qayıtdığını təsdiqləyib. 

TodayPress xəbər verir ki, bu barədə o, öz şəxsi sosial media hesabında yazıb. 

"Mən "Telegram"da cinayət fəaliyyəti ilə bağlı araşdırma ilə əlaqədar Fransada bir neçə ay qaldıqdan sonra Dubaya qayıtdım. Proses davam edir, lakin vətənə qayıtmaq çox xoşdur" deyə iş adamı bildirib.   

Qeyd edək ki, Durov ötən ilin avqustun 24-də Le-Burje hava limanında saxlanılıb.

Sonra o, 5 milyon avro girov qarşılığında azadlığa buraxılıb.  Bundan əvvəl ona Fransa ərazisini tərk etmək qadağan olunmuşdu. 

Prokurorluqdan bildirilib ki, Durovun işi məhkəməyə çıxarılana qədər hələ bir il və ya daha çox müddət uzanacaq. 

Töhfə Səməd

tag: Pavel Durov,BƏƏ,Fransa,Telegram,Todaypress.az,