Düşənbə və Bişkek sərhəd sazişini ratifikasiya edən sənədləri mübadilə edirlər
Tacikistan və Qırğızıstan prezidentləri Emoməli Rəhmon və Sadır Japarov iki ölkə arasında sərhəd sazişini ratifikasiya edən sənədlərin mübadiləsinə dair protokol imzalayıblar.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Bildirilib ki, mərasim Tacikistanın Suqd vilayətinin inzibati mərkəzi olan Xucandda baş tutub.
Xatırladaq ki, martın 13-də Rəhmon və Japarov respublikalar arasında mübahisəli ərazilərlə bağlı təxminən 23 il davam edən danışıqlardan sonra Bişkekdə sərhəd sazişi imzalayıblar.
Daha sonra sənəd hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilib.
Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir. Sərhədlərin müəyyən edilməsi ilə bağlı danışıqlar 2002-ci ilin dekabrından başlayıb.
Bu problemin həllinin tapılmaması dəfələrlə münaqişələrə, o cümlədən odlu silahdan istifadəyə, yerli sakinlərin və hər iki respublikanın hərbi qulluqçularının həlakı ilə nəticələnib.
Qeyd edək ki, martın 31-də tarixdə ilk dəfə olaraq, Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentlərinin Xucənddə üçtərəfli görüşü baş tutacaq. Bu sammit zamanı liderlərin üç respublikanın sərhədlərinin birləşdirilməsi nöqtəsinə dair saziş imzalayacağı gözlənilir.
Töhfə Səməd
tag: Tacikistan,Qırğızıstan,Sərhəd,Görüş,Todaypress.az,