Əfqanıstan Mərkəzi Bankı 15 milyon dolları hərraca çıxarır
Əfqanıstan Mərkəzi Bankı “Da Afghanistan Bank” martın 24-də milli valyuta – əfqaninin sabitliyini qorumaq məqsədilə martın 25-də 15 milyon ABŞ dollarını hərraca çıxaracağını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə bankın “X” sosial şəbəkə hesabında bildirilib.
Qeyd olunub ki, hərracda iştirak etmək istəyən valyuta mübadiləçiləri və özəl banklar tələb olunan məbləği əfqani şəklində nağd olaraq Mərkəzi Banka yerləşdirməlidirlər.
Bütün uyğun banklar, valyuta mübadiləsi məntəqələri və maliyyə xidmətləri təminatçıları hərracda iştirak etməyə dəvət edilir. Son üç il ərzində Əfqanıstan Mərkəzi Bankı əfqaninin dəyərdən düşməsinin qarşısını almaq üçün valyuta bazarına milyonlarla ABŞ dolları tədarük edib.
2021-ci ilin avqustunda hakimiyyətə gələn Əfqanıstanın müvəqqəti hökuməti milli valyutanın xarici pullar qarşısında sabitliyini qorumaq üçün müxtəlif tədbirlər görüb. Xatırladaq ki, hazırda 1 ABŞ dolları təxminən 70,50 əfqanidir.
Qiymət Mahir
tag: Əfqanıstan ,X,Mərkəzi Bank,Valyuta,Todaypress.az,