Əfqanıstan polisi minlərlə psixotrop həbi ələ keçirdi
Əfqanıstanın Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə üzrə müavini tərəfindən yayılan məlumata görə, ölkənin qərbində yerləşən Nimroz vilayətində 44 min 100 ədəd psixotrop həblər ələ keçirilib.
TodayPress xəbər verir ki, məlumata əsasən, Zaranj şəhəri ətrafında keçirilmiş xüsusi əməliyyat zamanı polis əməkdaşları həbləri aşkarlayıb.
Əməliyyatın konkret yeri və zamanı açıqlanmasa da, tədbirin əvvəlcədən daxil olmuş operativ məlumat əsasında həyata keçirildiyi bildirilib.
Nazirlikdən yayılan digər bəyanatda isə qeyd olunur ki, Qor vilayətində təhlükəsizlik qüvvələri bir neçə gizli narkotik laboratoriyasını aşkarlayıb və zərərsizləşdirib.
Xatırladaq ki, Əfqanıstanın müvəqqəti hökuməti qeyri-qanuni narkotik bitkilərin əkilməsini qadağan edib.
Qiymət Mahir
tag: Əfqanıstan,Daxili İşlər Nazirliyi,Narkotik,Zaranj,todaypress.az,